Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hazırda Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirir.
RİA Novosti-nin məlumatına görə, görüş Kremlin Birinci korpusunun nümayəndəlik kabinetində baş tutur.
Qeyd olunur ki, danışıqlar Moskvada keçirilən Qlobal Atom Forumunun kuluarlarında baş tutub və bu, Rusiya prezidentinin beynəlxalq danışıqlar seriyasındakı yekun görüşüdür.
Paşinyan görüşdə bildirib ki, Ermənistan kiçik modullu atom elektrik stansiyaları layihələri axtarır və bu məsələni Rusiya tərəfi ilə müzakirə edir.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ