Onlayn ictimai-siyasi qəzet
1975-ci ildə ABŞ prezidenti Cerald Forda uğursuz sui-qəsd cəhdi ilə tanınan Sara Ceyn Mur 95 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
"1975-ci ildə prezident Cerald Forda qarşı uğursuz sui-qəsd cəhdini həyata keçirən Sara Ceyn Mur hadisənin 50-ci ildönümündən iki gün sonra, sentyabrın 24-də vəfat edib. Onun 95 yaşı var idi", - nəşr yazıb.
Murun Tennessi ştatında qocalar evində öldüyü vurğulanır. Sui-qəsd cəhdindən dərhal əvvəl Mur FTB və San-Fransisko polisi üçün informator işləyib.
21 sentyabr 1975-ci ildə Sara Los Angeles otelinin qarşısında Cerald Forda atəş açıb. Belə ki, 38 kalibrli revolverdən atılan güllə prezidentə dəyməyib. Mur sui-qəsd cəhdində təqsirli olduğunu etiraf edib və məhkəməsində bildirib ki, onun motivi ölkədə dəyişiklik istəyi olub. Əvvəlcə ömürlük həbs cəzasına məhkum edilən qadın 32 il həbsdən sonra şərti olaraq azad edilib.
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ