Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda yeniyetmələr arasında məişət zəminində baş verən münaqişə nəticəsində Azərbaycan əsilli bir ailə Rusiyadan deportasiya olunub.
Musavat.com xəbər verir ki, hadisə sosial şəbəkədə 16 yaşlı yerli yeniyetmə ilə 13 yaşlı azərbaycanlı uşaq arasında başlayan mübahisə fonunda baş verib.
Rusiya mediasının məlumatına görə, onlayn mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib. Hadisə ilə bağlı azərbaycanlı yeniyetmə və onun atası polis tərəfindən saxlanılıb. Daha sonra ailənin digər üzvləri də hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, ölkədən 13 yaşlı azərbaycanlı uşaq, onun valideynləri, bacısı və qardaşı deportasiya edilib.
Musavat.com
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ