Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Kaliforniya ştatında yerləşən San Dieqo şəhərində kiçikölçülü “Cessna” tipli təyyarənin yaşayış zonasında qəzaya uğraması nəticəsində bir neçə nəfərin həlak olduğu bildirilir.
Musavat.com xəbər verir ki, hadisə ilə bağlı ilk məlumatı “ABC News”un yerli bölməsi yayıb.
Verilən məlumatlara əsasən, dəqiq ölüm sayı hələlik açıqlanmayıb.
“BBC News”un yazdığına görə, göyərtədə pilot daxil olmaqla 8-10 nəfərin olduğu ehtimal olunur.
Hadisə nəticəsində 15 ev zərər görsə də, həmin evlərin sakinləri arasında ciddi xəsarət alan olmayıb. Təhlükəsizlik məqsədilə 100-ə yaxın şəxs ərazidən təxliyə edilib.
Əraziyə düşən yanğınlardan biri istisna olmaqla, digərləri artıq nəzarət altına alınıb. Məlumata görə, təyyarə Montqomeri Fild hava limanına eniş etməyə çalışırmış.
Musavat.com
23 May 2025
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ