İnsanlara hürriyət, millətlərə istiqlal!

Dənizdə batan yeniyetmələrin FOTOLARI

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan yeniyetmələrin meyiti dənizdən çıxarılıb.

Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat yayıb. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Musavat.com APA-ya istinadla xəbər verir ki, dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.

Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu Xırdalan sakinləridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR