İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə Əliyeva böyüdüyü evi bölüşdü - VİDEO

Əməkdar artist Dilarə Əliyeva ailəsi ilə bağlı arxiv görüntülərini yayımlayıb.

Musavat.com xəbər verir ki, aktrisa uşaqlığının keçdiyi Sumqayıta yollanıb.

Böyüdüyü ana evindən görüntülər paylaşan Dilarə Əliyeva bunları bildirib:

"Gəlmişəm anamgilə. Tərifnamələrimi, diplomlarımı tapmışam. Özümlə fəxr etdim. 12 yaşım olanda bu mücrü evimizə gəlmişdi. Anam isə onun içində bizim diplomlarımızı saxlayır".

Aktrisa ailə fotolarını da paylaşıb.

Dilarə Əliyeva atasının fotosunu yayımlayaraq "Orta yaşlı atam. Sonrakı şəkli çəkdirməyə ömür vəfa etmədi" sözlərini yazıb.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR