Onlayn ictimai-siyasi qəzet
Yumurta qabığında yaşayan salmonella adlı bakteriya növü həyatımızı birbaşa təhdid edən ciddi bir xəstəlik daşıyır.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu bakteriya insan və heyvanların bağırsaqlarında yaşayır, toyuqlardan yumurtlama yolu ilə yumurta qabığına keçir.
Onun bir çox ciddi xəstəliklərə səbəb olduğu bildirilir.
Salmonella bakteriyasına yoluxduğunuzu müəyyən etməyin bəzi yolları var. Yumurta qabığında olan bu tip bakteriyaların insana keçərsə, həmin şəxsdə qızdırma, ishal, iştahsızlıq, qusma, ürəkbulanma, qarın ağrısı, titrəmə kimi əlamətlər meydana çıxır.
Salmonella bakteriyasından qorunmaq və yumurtaları sağlam şəkildə istehlak etmək üçün istifadə edəcəyiniz yumurtaları suyun altında yaxşıca yumaq lazımdır.
Eyni zamanda yumurta qabığına toxunduqdan sonra əllər mütləq yuyulmalıdır.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ