İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Sabah bu istiqamətdə avtobuslar pulsuz olacaq

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.

Musavat.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.

Məlumata görə, daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq:

"Konsert iştirakçılarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələri tövsiyə olunur".

Vurğulanır ki, saat 16:00-20:00 aralığında aşağıdakı metrostansiyalardan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək:

"Koroğlu" metro stansiyası (Nəqliyyat Mübadilə Mərkəzi)

"Qara Qarayev" metro stansiyası

"28 May " metro stansiyası

"20 Yanvar" metro stansiyası

Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR