İnsanlara hürriyət, millətlərə istiqlal!

Dohada mühüm danışıqlar: İsrail hərbçilərinin Fələstin ərazisinin 40 faizində qalmasını istəyir

Qətər və Misir vasitəçiləri Dohada İsrailin Qəzza zolağından qoşunların çıxarılması planına edəcəyi dəyişikliyi gözləyirlər.

Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı yayıb: “Vasitəçilər İsrailin Qəzza zolağından qoşunların çıxarılması xəritəsinə dəyişiklik etməsini gözləyirlər”.

Mənbənin Telekanala deidyinə görə, İsrail bu gün və ya bazar günü yenilənmiş planını təqdim edə bilər.

Bundan əvvəl Agence France-Presse Fələstin mənbələrinə istinadən xəbər vermişdi ki, İsrailin Fələstin anklavında hərbi mövcudluğunu saxlamaq istəyi vasitəçilərin münaqişə tərəfləri ilə Qətərin paytaxtında keçirilən məsləhətləşmələrini çətinləşdirir. Agentliyin mənbələrindən birinin verdiyi məlumata görə, iyulun 11-də İsrail nümayəndə heyəti Qəzza zolağından qoşunların çıxarılması üçün xəritə təqdim edib və bu, Fələstin tərəfinin fikrincə, “yalnız İsrail ordusunun yerdəyişməsi və yenidən qruplaşdırılması planıdır”.

Mənbə əlavə edib ki, sənəd İsrail qoşunlarının anklav ərazisinin 40 faizindən çoxunda saxlanmasını nəzərdə tutur.

Hələlik ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkoff danışıqlarda iştirak etmir. Telekanalın mənbələrinə görə, Vitkoff Dohaya yalnız məsləhətləşmələr son mərhələyə çatdıqda gəlməyi planlaşdırır. Kanal əlavə edib ki, Fələstinin HƏMAS hərəkatı hazırda BMT vasitəsilə anklavlara çatdırılacaq humanitar yardımın keyfiyyəti ilə bağlı bəndlərə düzəlişlər edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR