İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dolmabaxça"da 200 jurnalist Rusiya- Ukrayna danışıqlarının başlamasını gözləyir - ƏRAZİDƏN VİDEO

Musavat.com xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan danışıqlar ətrafında hazırlıqlar davam edir. TASS agentliyinin məlumatına görə, hazırda İstanbulun Dolmabaxça sarayı qarşısında 200-dən artıq yerli və xarici jurnalist danışıqların başlanmasını gözləyir.

Təhlükəsizlik tədbirlərinin gücləndirildiyi saray ətrafında media nümayəndələrinin canlı bağlantıları, çəkilişləri və şərhləri fasiləsiz davam edir. TASS-ın diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, Rusiya və Ukrayna nümayəndələri arasında planlaşdırılan görüş hələlik ləğv edilməyib və ilkin proqnozlara əsasən, danışıqların başlaması 2-3 saat ərzində gözlənilir.

Xatırladaq ki, bu danışıqlarda iştirak edəcək nümayəndə heyətlərinin səviyyəsi, xüsusilə də Ukrayna tərəfindən Rusiya heyətinə qarşı səsləndirilən tənqidlər fonunda proses dayanıb və münasibətlər daha da gərginləşib. Zeıinskinin Ankara hava limanında verdiyi açıqlamalara Rusiya XİN rəhbəri Lavrov və onun sözçüsü Zaxarova təhqiramiz ifadələrlə cavab veriblər.

Bir sözlə, sülh danışıqları yerinə, Ankara - Moskva coğrafiyasında sözlü atışmalar davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR