Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Tayland və Kamboca arasında baş verən hərbi gərginliyi öz müdaxiləsi nəticəsində cəmi bir gün ərzində dayandırdığını iddia edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə çıxışı zamanı danışıb:
“Sərhəddə çox sayda insan həlak olurdu. Mən isə onlara dedim: baxın, biz ticarət razılaşması imzalayırıq. Tayland tərəfinə bildirdim ki, əgər bir-birinizi qırmağa davam etsəniz, bu razılaşmanı imzalamayacağam. Kambocaya da eyni şeyi dedim.”
Tramp əlavə edib ki, hər iki ölkənin baş nazirləri ilə şəxsən danışıb:
“Mən iki baş nazirlə əlaqə saxladım. Onlar gözəl insanlardır. Özləri də müharibə istəmirdilər. Amma bunu həyata keçirmək üçün kimsə lazımdırdı – və mən etdiyim addımlarla bunu reallaşdırdım. Dəfələrlə müzakirələr apardıq və bir gündən az müddətdə məsələ tam həll olundu.”
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ