Onlayn ictimai-siyasi qəzet
Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş başlayıb.
Qeyd olunub ki, Kasım-Jomart Tokayevi sarayın girişində Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Qazaxıstan liderinin gəlişi şərəfinə fəxri qarovul düzülüb. İki ölkənin dövlət himnləri səsləndirilib və 21 artilleriya atəşi açılıb.
Fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra iki dövlətin liderləri bir-birinə rəsmi nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər. Mərasimdən dərhal sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb./Report.az/
31 Iyul 2025
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ