İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dream Fest”ə kim, haradan geyinəcək?

Bu il ikinci dəfə keçirilməsi planlaşdırılan “Dream Fest” Beynəlxalq Musiqi Festivalında çıxışlarla yanaşı, ulduzların geyimi də maraq doğurur.

Ötən il göstərilən performanslardan sonra bu il sənətçilərin hansı tərzi və dizayneri seçəcəyi sual yaradıb.

OLAY bir neçə yerli ulduzun “Dream Fest” səhnəsinə necə və kiminlə hazırlaşması ilə bağlı məlumat əldə edib.

Belə ki, Xalq artisti Zülfiyyə Xanbabayeva bu il də məşhur dizayner Rüfət İsmayılı seçib.

Xanbabayeva ilə yanaşı, “Avroviziya” təmsilçimiz Samirə Əfəndi də “Afffair”ə üz tutacaq.

Avroviziya qalibimiz Nigar Camalın səhnə və qırmızı xalı üçün seçimi isə yerli brendlərimizdən olan “Uventa”dır.

Nigardan əlavə, Xalq artisti Tünzalə Ağayeva da sözügedən markadan geyinəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR