İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki qəzada ölən 18 yaşlı Məryəmin FOTOLARI

Dünən faciəli şəkildə ölən Məryəm tələbə imiş.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Dövlət Texniki Universitetinin 1-ci kursunu bitirib.

Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin şagirdi olmuş 2006-cı il təvəllüdlü Məryəm Maqsud qızı Ağayeva 2023-cü ildə buraxılış imtahanında yüksək nəticə göstərənlərin sırasında yer alıb.

Mərhum 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Qeyd edək ki, Nazim Hüseynovun idarə etdiyi "Neoplan" markalı, 99-JH-667 dövlət nömrə nişanlı avtobusla onun qarşısındakı eyni istiqamətdə, Bakıdan Sumqayıta gedən Adil Yunisovun idarə etdiyi 42 nömrəli, ISUZU markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusun toqquşması nəticəsində ISUZU yoldan çıxaraq aşıb. Hadisə zamanı bir nəfər ölüb, 18 nəfər yaralanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR