Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə keçiriləcək Dünya Kubokuna daha bir ölkə vəsiqə əldə edib.
Asiya üzrə DÇ-2026-nın seçmə mərhələsində Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə 0:0 hesablı heç-heçə edib. A qrupunda son 1 tur qalmış xallarının sayını 18-ə çatdıran özbəklər tarixdə ilk dəfə Dünya Kubokunda iştirak hüququ qazanıblar.
Bununla da, 2026-cı il 11 iyun - 19 iyul arasında baş tutacaq mundialda iştirak edəcək klubların sayı 8-ə çatıb. Turnirdə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanada yığmaları birbaşa ev sahibləri olaraq qatılacaqlar. Vəsiqəni təmin edən digər komandalar isə Yaponiya, Yeni Zelandiya, İran və Argentinadır. (Offsideplus.az)
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ