İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR - VİDEO

İtaliyanın Peruca şəhərində təşkil edilən kunq-fu üzrə dünya çempionatında ölkəmizi layiqincə təmsil edərək dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri Baku TV-yə müsahibə veriblər.

Azərbaycan Kunq-fu Federasiyasının birinci vitse-prezidenti Babək Əliyev Ə.Əliyevanın yarışa çıxmaq qərarını necə verməsindən söz açıb.

"O, mənə yarışa çıxmaq istədiyini bildirdikdən sonra respublika çempionatında iştirak etməsi qərar verildi. Lakin Əminə "orada məni tanıyıb qəsdən uduzacaqlar. Mən isə elə yarış istəmirəm" dedi. Məşqlərimizə davam etdik. Onlara məşq zamanı su içməyi belə qadağan etdim. Bu ciddiyətin nəticəsini də gördüqk. İlk dəfə dünya çempionatına çıxan Əminə qalib gəldi", - deyə Babək Əliyev bildirib.

Kunq-fu Federasiyasının Prezidenti Nurlan Aslanov isə Ə.Əliyevanın necə əzmlə yarışa hazırlaşmasından danışıb:

"Əminə bir ildən artıq idi ki, Babək Əliyevin nəzarətində fasiləsiz məşq edirdi. Öz çəkilərinin ən güclüləri olan oğlanları onunla döyüşdürməyə başlayanda gördüm ki, Əminə həyəcanı da məğlub etsə, yarışda bu yaşda ondan yaxşı döyüşən olmayacaq".

Ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR