İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu

"Barselona" Konqo Demokratik Respublikası ilə böyük sponsorluq müqaviləsi bağlamağa yaxındır.

Müqavilənin şərtlərinə əsasən, klub dörd il ərzində 11 milyon avro alacaq.

Qeyd olunur ki, "Barselona" bu ölkədə turizmi təbliğ etmək üçün komandanın formasında "DR Konqo - Afrikanın ürəyi" loqosunu yerləşdirəcək.

Konqo DR mis, kobalt və uranla zəngindir, lakin dünyanın ən kasıb 5 ölkəsindən biridir. Əhalinin 65%-i gündə 2,15 dollardan az pulla yaşayır. Dünya Bankı deyir ki, Konqo Afrikanın ən zəngin ölkələrindən biri olmaq üçün resurslara və potensiala malikdir.

Bu ölkə hal-hazırda dünyanın ən böyük kobalt istehsalçısıdır və Afrikada elektriklə işləyən avtomobillərin, smartfonların və digər texnologiyaların istehsalı üçün lazım olan misin əsas mənbəyidir. /Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR