Onlayn ictimai-siyasi qəzet
Dünyanın ən stressli, sərnişinlərin daha çox şikayətçi olduğu hava limanlarının siyahısı açıqlanıb. Onlayn dil platforması “Preply” Avropanın 25 ən böyük hava limanını təhlil edərək, sərnişinlər üçün ən çox narahatlıq yaradanlarını müəyyənləşdirib.
Musavat.com xəbər verir ki, araşdırma zamanı Google rəylərinin sayı, “stressli” rəy payı, itirilmiş baqajla bağlı axtarışlar, reyslərin vaxtında yola düşməsi və hava limanlarından keçən sərnişin sayı kimi meyarlar əsas götürülüb.
Hitrou Hava Limanı (Londonda yerləşir) Avropanın ən stressli hava limanı elan olunub. Hava limanı 10 ballıq miqyasda 6,4 bal toplayıb. Halbuki Google rəylərində 5 mümkün baldan 4 bal alıb. Hava limanında reyslərin təxminən 65,74%-i vaxtında yola salınır. Təkcə bir il ərzində burada 34 700 baqajın itməsi ilə bağlı axtarış aparılıb.
İkinci yeri Mançester Hava Limanı tutub – stress göstəricisi 5,44 bal olub. Google rəylərində isə hava limanı orta hesabla 3 bal alıb. Burada 9 180 baqaj axtarışı həyata keçirilib, reyslərin 66,11%-i isə vaxtında yola salınıb. Google-da 138 rəy konkret olaraq stressli təcrübə kimi qeyd olunub.
Qeyd edək ki, Mançesterin T3 terminalı daha əvvəl Böyük Britaniyanın ən pis hava limanı terminalı seçilib. Müştəri məmnuniyyəti göstəricisi isə cəmi 38 faiz olub.
Avropanın ən çox stress yaradan 15 hava limanı və onların orta stress göstəriciləri (10 ballıq miqyasla) aşağıdakı kimidir:
1. Londondakı Hitrou Hava Limanı, Böyük Britaniya – 6,4 bal
2. Mançester Hava Limanı, Böyük Britaniya – 5,44 bal
3. Londondakı Qatvik Hava Limanı, Böyük Britaniya – 5,4 bal
4. Paris Hava Limanı, Fransa – 5,16 bal
5. Londondakı Stansted Hava Limanı, Böyük Britaniya – 5,14 bal
6. İstanbul Hava Limanı, Türkiyə – 4,38 bal
7. Fiumicino (Roma) Hava Limanı, İtaliya – 4,11 bal
8. Berlin-Brandenburg Hava Limanı, Almaniya – 3,76 bal
9. Oslo Hava Limanı, Norveç – 3,57 bal
10. Şipxol Hava Limanı, Amsterdam, Niderland – 3,53 bal
11. Palma de Mayorka Hava Limanı, İspaniya – 3,5 bal
12. Barselona Hava Limanı, İspaniya – 3,48 bal
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ