Onlayn ictimai-siyasi qəzet
Aparıcı Ece Erken və müğənni Sinan Akçılın sevgili olduğu ortaya çıxıb.
Musavat.com xəbər verir ki, cütlük Samsun Hava Limanında əl-ələ görüntülənib.
Təxminən 1,5 aya yaxındır birlikdə olduğu Akçıla məxsus "Hər şey gözəl olacaq" mahnısını paylaşan Erken "Səninlə olanda hər şey gözəl olacaq... Sevgi dolu olanda demə... Ömrün boyu mənim ol... Hər şey fərqlidir" - deyə qeyd edib.
Cütlüyün birlikdəliyi sosial mediada müzakirələrə səbəb olub. Akçılın Burcu Kıratlı ilə evli olduğu müddətdə Ecenin ona "kürəkənim" deməsi gündəmə gətirilib.
Akçıl isə tənqidlərə qarşı səssiz qalmayıb:
"Heç dost olmayan, həyatlarında yalnız bir dəfə, hətta 10 il əvvəl görüşən qadınlar bir-birinin dostudur? Necə bir evlilik qurdum ki, daha əvvəl eşitmədiyim dostluqlar yarandı... Milyonlarla qadına təzyiq etməyi dayandırın".
Könül
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ