İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədliyyə Nazirliyi keçmiş prezidentə qarşı araşdırmaya başlayır

ABŞ Ədliyyə Nazirliyi Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın Obama administrasiyası ilə bağlı dediklərini araşdırmaq üçün işçi qrupu yaradacaq.

Musavat.com xəbər verir ki, məlumat nazirliyin yaydığı açıqlamada əksini tapıb. Tulsi Qabbard Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyini göstərən kəşfiyyat məlumatlarının Obamanın göstərişi ilə təhrif olunduğunu bildirmişdi.

Ədliyyə Nazirliyi bəyan edib ki, bu məlumatın yayılması ilə əlaqədar görülə biləcək “potensial hüquqi tədbirləri” də nəzərdən keçirəcək: “Nazirlik kəşfiyyat orqanlarının daxili siyasi mübarizəyə cəlb olunması məsələsinə çox ciddi yanaşır”.

Baş prokuror Pam Bondi isə bildirib ki, "biz bu narahatedici ifşaları tam şəkildə araşdırırıq və ədalətə nail olmaq üçün səylərimizdə heç bir faktı kənarda qoymayacağıq".

İki gün əvvəl Ağ Evdə keçirdiyi brifinqdə Qabbard bildirib ki, Obama ölkənin kəşfiyyat xidmətlərini manipulyasiya etmək məsuliyyətini daşıyır, lakin keçmiş prezidentin mümkün cinayət təqibi ilə bağlı qərarı Ədliyyə Nazirliyi verməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR