Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Gülüstan Əliyeva aparıcılara səslənib.
"Elgizlə izlə" proqramında olan müğənni aparıcı Elgiz Əkbərə müraciət edib. O bildirib ki, efirə çağırdığı gənc ifaçılara etik qaydalar öyrətməlidir:
"Kim necə istəyir oxusun, hərənin öz seçimi var. Onları efirə çağıranda onlara başa salın. Qabilliyyətsiz, səsi olmayan da verilişə gələ bilər. Etika qaydalarını öyrədin. Bura gələn tanınmış simalardır. Gənclər, özünüzü efirə uyğun aparın, böyüyə hörmətlə yanaşın. Bunları onlara demək lazımdır. Hərə bir ailədən gəlir. Hərənin öz tərbiyəsi var. Amma efirdə eyni olmalıdır. Buranın mədəniyyəti var. Gənclər bilməlidir ki, efirdə necə danışmalıdırlar". (Axşam.az)
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ