İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi boksçu Ukrayna büdcəsinə 30 milyon dollar vergi ödəməlidir

Əfsanəvi ukraynalı boksçu Oleksandr Usik britaniyalı Daniel Dyubua üzərində qələbəsi nəticəsində əldə etdiyi gəlirdən təxminən 30 milyon dollar (bir milyard qrivnadan çox) vergi ödəməlidir. Musavat.com xəbər verir ki, bunu Ukraynalı hüquqşünas Roman Simutin yerli mətbuata deyib.

İdmançı bu döyüşə görə rekord məbləğdə - 132 milyon dollar qazanıb, ona görə də Ukraynanın Vergi Məcəlləsinə əsasən, o, ölkədən kənarda gəlir əldə edən rezident kimi bunu bəyan etməyə borcludur.

Usik qazancından 18 faiz şəxsi gəlir vergisi ( təxminən23,81 milyon dollar və ya 995 milyon qrivna) və 5 faiz hərbi vergi ( təxminən 6,6 milyon dollar və ya 275,7 milyon qrivna) ödəməlidir. Simutinə görəŞ ümumi vergi məbləği 1 milyard 270,3 milyon qrivna təşkil edir:  “Əgər bu gəlirin alındığı ölkədə artıq vergilər ödənilibsə və Ukraynada həmin ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair razılaşma və konkret gəlirə görə vergilərin ödənilməsini təsdiq edən sənədlər varsa, yenidən vergi ödəməyə ehtiyac yoxdur”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR