İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin NƏZƏRİNƏ: AZAL bu xidməti PULLU ETDİ

Əvvəllər təyyarə ilə səyahət zamanı sərnişinlər bilet alırdı və yer seçimini özləri edirdi. Sadəcə ön sıralarda qarşısı boş olan yerlər ödənişli olub. Pəncərə yanında əyləşmək istərkən də yer seçimində problem yaşanmayıb. Ancaq indi yeri seçəndə pəncərə tərəfdə oturmaq istəyirsənsə, əlavə ödəniş etməli olursan.

Bəs, bu dəyişikliyin səbəbi nədir? Yer seçimi etmək necə tənzimlənir?

Məsələ ilə bağlı AZAL-a sorğu ünvanladıq. Sorğunun cavabında Ajans.az-a bildirilib ki, oturacaq seçimi xidməti, o cümlədən pəncərə kənarındakı yerlərin seçilməsi beynəlxalq aviasiya təcrübəsində qəbul olunmuş və geniş şəkildə tətbiq olunan bir yanaşmadır:

“Qeyd etmək istərdik ki, bu xidmət yalnız müəyyən oturacağı əvvəlcədən seçmək istəyən sərnişinlər üçün nəzərdə tutulmuş əlavə xidmətdir. Əgər sərnişin yer seçimi etmirsə, sistem onu avtomatik olaraq yerləşdirir və bu halda, hətta oturacaq pəncərə kənarında olsa belə, əlavə ödəniş tələb olunmur.

Bununla yanaşı, eyni bron daxilində olan ailə üzvləri və ya sərnişin qruplarının bir-birindən ayrılmaması AZAL üçün mühüm prinsipdir və bu qaydaya ciddi şəkildə əməl olunur.

Bu cür xidmətlər müasir aviasiya sahəsində fərdiləşdirilmiş yanaşmanın bir hissəsidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

BÜTÜN XƏBƏRLƏR