İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Günlərlə davam edəcək...

Mayın 17-nə keçən gecə Yer kürəsində orta güclü maqnit qasırğası başlayıb.

Bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz telegram kanalında yazıb.

O bildirib ki, ulduzun səthindəki tac dəliklərindən birindən qaçan günəş küləyi planetin kosmik havasına təsir göstərməyə başlayıb. Nəticədə günəş küləyi planetlərarası maqnit sahəsinin komponentlərinin konfiqurasiyasını dəyişib, bunun sayəsində gecə saatlarından sonra Yerdə maqnitosferin zəif pozulmaları qeydə alınıb.

Bakı vaxtı ilə saat 4-dən sonra bu pozulmalar güclənib və G2 sinifinin orta maqnit qasırğası səviyyəsinə çatıb. 

Sinoptikin qeyd etdiyi kimi, mayın 19-u daxil olmaqla, Yer kürəsi sürətli və sıx günəş küləyi axınında olacaq. Bu səbəbdən mayın 17-də və yaxın iki gündə planetin maqnit sahəsi pozulmuş vəziyyətdə qalmağa davam edəcək. Bu halda proses əsasən zəif gücə malik maqnit qasırğaları ilə müşayiət olunacaq.  (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR