İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov gənclik illərinə səyahət etdi


Məşhur müğənni və biznesmen Emin Ağalarov sosial şəbəkədə paylaşdığı video-rolik ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o bu dəfə izləyicilərini illər öncəyə, öz gənclik dövrünə aparıb.
Emin şəxsi arxivindən olan bir neçə şəkildən ibarət videonu “Instagram” hesabında yayımlayaraq, keçmişə nostalji dolu bir baxış edib. Paylaşımında onun məktəb illərinə, musiqi karyerasının ilk mərhələlərinə və dostları ilə keçirdiyi anlara aid fotolar yer alıb.

İzləyicilər müğənninin bu paylaşımını böyük maraqla qarşılayıb. Bir çoxları Eminin illər ərzində dəyişmədiyini, xarizmasını qoruduğunu qeyd edib. Bəziləri isə onun gənclik fotolarında da bugünkü uğur və özünəinamın izlərini gördüklərini bildiriblər.

Qeyd edək ki, Emin Ağalarov təkcə sənət aləmində deyil, həm də biznes sahəsində uğurlu fəaliyyəti ilə tanınır. Onun sosial şəbəkələrdəki aktivliyi və səmimi paylaşımları isə izləyicilərinin marağına səbəb olur.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR