İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkov cəbhəsində Rusiya hər gün bir tağım itirir – Ukrayna ordusu  

Ukrayna Silahlı Qüvvələrinin "Xarkov" əməliyyat-taktiki qrupunun nümayəndəsi Pavel Şamşin Rusiya ordusunun bu istiqamətdə böyük itkilər verdiyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, təkcə Xarkov istiqamətində ruslar hər gün təxminən 100 nəfər itirir – ölən və yaralananlarla birlikdə. Bu isə faktiki olaraq bir hərbi tağımın tamamilə sıradan çıxması deməkdir.

“Bir həftəlik itki isə artıq bir batalyonu aşır. Lakin bu belə, onları dayandırmır”, – deyə Şamşin qeyd edib.

O əlavə edib ki, Rusiya ordusu hücumları davam etdirmək üçün böyük itkilərə rəğmən canlı qüvvə və texnika göndərməkdə davam edir. Bununla belə, Ukrayna müdafiəçiləri mövqeləri saxlamağa və cavab zərbələri endirməyə qadir olduqlarını sübut edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR