İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkkiz ölkə Brüsseldən Rusiya mallarına rüsum tələb edir – Aİ-də yeni iqtisadi təzyiq dalğası

Avropa İttifaqının yeddi ölkəsi – Estoniya, Latviya, Litva, Polşa, Finlandiya, İsveç və Almaniya – Avropa Komissiyasına Rusiya mallarına idxal rüsumlarının tətbiqini təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.

Saytın yazdığına görə, söhbət 2024-cü ildə ümumi ixrac gəliri 5,4 milyard avro təşkil edən məhsullardan gedir.

Məqalədə qeyd olunur ki, bu təşəbbüs Rusiyadan daxil olan gəlirlərin mənbələrini məhdudlaşdırmaq və Aİ bazarını daha ciddi ticarət nəzarəti altına almaq məqsədi daşıyır.

Xatırladaq ki, sentyabr ayında Avropa Komissiyası Rusiya neftinin idxalına tətbiq olunan rüsumların artırılması barədə təklif hazırladığını açıqlamışdı. Komissiya nümayəndəsinin sözlərinə görə, belə qərar ticarət sferəsinə aid olduğundan, o, Aİ Şurasında sadə səs çoxluğu ilə qəbul edilə bilər. Bununla belə, hələlik Macarıstan və Slovakiyanın bu qərardan istisna tələb edib-etməyəcəyi barədə açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR