İnsanlara hürriyət, millətlərə istiqlal!

Triestin kabusu: Azərbaycanlı partizan Mirdamət Seyidovun sarsıdıcı əməliyyatları

İkinci Dünya müharibəsində Yuqoslaviya və İtaliyada faşizmə qarşı ən uğurlu diversiya əməliyyatlarını həyata keçirən azərbaycanlı partizan Mirdamət Seyidov (1922–2012) Balkan müqavimət hərəkatının ən cəsur simalarından biri kimi tarixə düşüb. Onun Mehdi Hüseynzadə – “Mixaylo” və Cavad Həkimli ilə tanışlığı məhz bu bölgədə başlayıb və birgə əməliyyatlar qısa müddətdə düşmən arxasında ciddi narahatlıq yaradıb.

Mirdamət Seyidov və Mehdi Hüseynzadə tərəfindən yaradılan gizli antifaşist təşkilatı ardıcıl və sarsıdıcı əməliyyatları ilə həm Yuqoslaviyada, həm də İtaliyada böyük nüfuz qazanmışdı. Azərbaycanlı partizan həmin illərdə yerli əhali və müqavimət qüvvələri arasında İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanınırdı.

Ən səs-küylü diversiyalardan biri 1944-cü il aprelin 2-də Triest yaxınlığındakı Opçine qəsəbəsində həyata keçirilən partlayış idi. Mirdamət Seyidov və Mehdi Hüseynzadə tərəfindən kinoteatrın partladılması nəticəsində 80 alman hərbçisi həlak olmuş, 110 nəfər ağır yaralanmışdı.

Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triestin “Via qeqa” küçəsində yerləşən alman hərbçilərinə məxsus “Soldatenheim” restoranının məhv edilməsi idi. Faşist əsgərlərinin forması ilə binaya daxil olan Mehdi və Mirdamət partlayıcı yerləşdirilmiş çantanı masanın altına qoyub sakitcə binanı tərk etdilər. Yarım saat sonra restoran tamamilə dağıldı. Almanlar iki gün uçqun altından cəsədləri və yaralıları çıxarmaqla məşğul oldular. Partlayış nəticəsində 450 alman əsgər və zabiti məhv edilmişdi.

Mirdamət Seyidovun cəsarəti, dəqiqliyi və taktiki təfəkkürü onu Balkan cəbhəsinin ən tanınmış azərbaycanlı partizanlarından birinə çevirib və İkinci Dünya müharibəsi tarixində silinməz iz qoyub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR