İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarovdan xoşbəxtlik paylaşımı – Video

Xalq artisti Emin Ağalarov ailəsi ilə istirahət anlarını sosial şəbəkə izləyiciləriylə bölüşüb.

Musavat.com xəbər verir ki, həyat yoldaşı Alyona Qavrilova və qızı Afina ilə birlikdə Bodruma yollanan Emin Ağalarov istirahət anlarının yer aldığı görüntüləri bölüşüb və “Xoşbəxtlik” şərhini yazıb.

Sənətçi paylaşdığı görüntülərdə ailəsi ilə birgə isti, mehriban və təbii ab-havanın hökm sürdüyü anları nümayiş etdirib.

İzləyicilər Eminin bu paylaşımını maraqla qarşılayıb.

Qeyd edək ki, Bodrum tətilindən danışan Emin Ağalarov bildirmişdi ki, məqsədi yeniliklərlə tanış olmaq, Türkiyə sahil otelçiliyini öyrənmək və mümkündürsə, burada da kiçik Sea Breeze layihəsi həyata keçirməkdir.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR