İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarovu süni intellektlə saxtalaşdırdılar – özü açıqladı: “Bu, mən deyiləm, inanmayın!” - VİDEO

Musavat.com xəbər verir ki, tanınmış iş adamı və musiqiçi Emin Ağalarov süni intellekt vasitəsilə saxtalaşdırılıb. Onun adından sosial şəbəkələrdə saxta müraciət videosu yayılıb.

Emin Ağalarov bu məsələ ilə bağlı özünün rəsmi Instagram hesabında videomüraciət yayıb. O, yayılan görüntülərdəki şəxsin əslində özü olmadığını, videonun süni intellektlə yaradıldığını bildirib: 

“Bu mən deyiləm! İnanmayın! Bu video saxtadır və süni intellektlə hazırlanıb,” – deyə Emin Ağalarov videoda vurğulayıb.

Ağalarov eyni zamanda saxta videodan bir fragment də təqdim edib və ictimaiyyəti bu cür manipulyasiyalara qarşı ayıq olmağa çağırıb.

Qeyd edək ki, son dövrlərdə məşhur simaların simasından istifadə edərək süni intellektlə hazırlanmış saxta videoların sayı artmaqdadır. Bu texnologiya fırıldaqçılar tərəfindən dezinformasiya və dələduzluq məqsədilə istifadə olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR