Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a birbaşa müraciət edərək, döyüşlərin gərginləşdiyi bir məqamda “Netanyahu kimi bir adamı susdurmaq üçün Vaşinqtondan bir telefon zəngi yetərlidir” deyə bildirib .
Əraqçinin diplomatik çağırışı belədir:
“İsrail təcavüzə davam etsə, bizim cavabımız da davam edəcək. Əgər Tramp diplomatiyaya sadiqdirsə və savaşın dayandırılmasını istəyirsə, bu, bütün fərqi yarada bilər. Yeganə şərt – İsrailin hücumlarına dərhal son qoyulmasıdır.” 
Musavat.com xəbər verir ki, İranlı diplomata görə bu addım, İrana qarşı diplomatik qapıları açmaq imkanı daşıyır:
“Bu telefon zəngi diplomatiyaya qayıdış üçün yol aça bilər və sülhə gedən ən qısa yoldur.”
Nazir Əraqçı həmçinin çarəsiz sərtliklə bəyan edib:
“Ölkəmizi, xalqımızı və namusumuzu müdafiə etmək üçün son nəfəsimizə və son damla qanımıza qədər ədalətli mübarizə aparacağıq”.
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ