Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran və İsrail arasında artan gərginlik fonunda sülh təşəbbüsü ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, rəsmi Ankaranın münaqişənin dayandırılması və nüvə danışıqlarının bərpası üçün vasitəçi rolu oynamağa hazır olduğunu bəyan edib.
Bu bəyanat, Ərdoğanla İran prezidenti Məsud Pəzeşkiyan arasında eskalasiyanın başlanğıcından bəri baş tutan ikinci telefon danışığından sonra səsləndirilib. Danışıq zamanı tərəflər yalnız İran-İsrail qarşıdurmasını deyil, həm də regional və qlobal problemləri müzakirə ediblər.
Ərdoğan bildirib ki, münaqişənin dərhal dayandırılması və diplomatik masaya dönüş üçün Türkiyə üzərinə düşən rolu oynamağa hazırdır. O, eyni zamanda bir sıra dünya liderləri ilə də bu məsələ ətrafında təmaslar qurduğunu qeyd edib.
Türkiyənin bu təşəbbüsü, regionda artan gərginlik fonunda diplomatik çıxış yolu axtarışında olan tərəflər üçün yeni imkan yarada bilər.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ