Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin aprelin 15-də keçirilən toplantısında Suriyada qeyri-sabitlik yaratmağa çalışan İrana xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Türkiyə portalı təhlilində prezidentin İrana yönəlik olduğunu bildirdiyi bu mesajına yer verir:
“Bəzi aktorlar Suriya məsələsində Türkiyənin səbrini sınamaq əvəzinə dostluğun qiymətini bilməli, ritorika və siyasətlərini buna uyğun tənzimləməli, təşkilat kimi deyil, dövlət kimi davranmalıdır. Bunu açıq deyirəm: kim Suriyanın davamlı sülh və sabitliyə nail olmasına mane olarsa, Suriya hökuməti ilə yanaşı, bizi də qarşısında görəcək”.
Məqalədə bundan sonra Tehrandan gələn bir açıqlamaya diqqət çəkilir:
“Bu sözləri öz yerinə qoymaq üçün Tehranın bir bəyanatına baxaq. İran xarici işlər naziri Abbas Əraqçi İran-ABŞ danışıqlarına konstruktiv dəstəyinə görə Türkiyəyə təşəkkür elədi. Anlaşılan budur ki, ABŞ-İsrail və İran üçbucağında böyüyən nüvə gərginliyinin qaynar münaqişəyə çevrilməməsi üçün Türkiyə vasitəçilik təşəbbüsü ilə hərəkət edərək, İrana hərbi müdaxilə etməməyi tövsiyə edib.
Bu açıqlamaların verildiyi gün xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Rubio ilə telefon danışığı aparıb. Nəticədə Ərdoğanın ad çəkmədən verdiyi açıqlamanın İrana yönəlik olduğu bəlli olur.
Ankaranın İsrail və ABŞ ilə mümkün münaqişənin qarşısını almaq üçün göstərdiyi təşəbbüsü dolayısı ilə xatırladan Prezident Ərdoğan bunun müqabilində İranı Suriyada sülh və sabitliyi pozacaq addımları dayandırmağa çağırır”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız politoloq Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ