İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərinə 9 bıçaq zərbəsi vuran 4 uşaq anası hakim qarşısında - CİNAYƏT DOSYESİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Aynur Nağıyeva qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Hadisə ötən ilin avqustunda Bakının Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

4 uşaq anası olan Aynur Nağıyeva həyat yoldaşı Sakit Nağıyevə 9 bıçaq zərbəsi yetirib.

Qadın bıçağa əri içkili olduğu və evə gec gəldiyi üçün əl atdığını etiraf etsə də, özünü təqsirli bilməyib. Deyib ki, hadisəni qısqanclıq zəminində törətdib:
 
"Mən 9 bıçaq vurmuşam, heç biri 1 santimetrdən artıq daxilə nüfuz etməyib. Mən onun dəfələrlə xəyanətini, başqa qadınlarla danışığını tutmuşdum. Onun telefonuna format verəndə başqa qadınla səs yazısını gördüm. 4 uşağa baxırdım mən. Hadisə olan gecə evə gec gəldi. Gəldi, dedi ki, mənə çay gətir. Dedim, kimin yanından gəlirsən, get o çay gətirsin sənə. Bu zaman dalaşdıq, çıxdı getdi, təzədən araq alıb gətirdi. Ondan sonra bu hadisə baş verdi".

Müttəhim baş verənlərdən cana doyduğunu deyib:

"Mən boğaza yığılmışdım. Onu gecə saat 3-də telefonla oynaya-oynaya vurdum. Müstəntiq ittiham aktında mənə layiq olmayan şeylər yazıb".

Müttəhim 2015-ci ildə ailə qurmaq istədiklərini, lakin o zaman bu gün zərərçəkən skamyasına əyləşən Sakit Nağıyevin həbs olunması səbəbindən evliliklərinin 2017-ci ilə qədər ertələndiyini bildirib. Sakit Nağıyev məhkəmədə həyat yoldaşından şikayətçi olmadığını, 2 azyaşlı övladlarının olmasını nəzərə alınmasını xahiş edib.

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində, əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.
 
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
 
Aynur Nağıyevaya qarşı Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR