İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərinə görün nələr dedi: "Bərbad görünürsən..." - FOTO

İngiltərə futbolunun canlı əfsanəsi David Beckham bu dəfə meydanlardan deyil, saç tərzi ilə diqqət mərkəzinə düşüb.

Musavat.com xəbər verir ki, o, saçını öz əli ilə kəsərkən ehtiyatsızlıq edib və nəticədə başının bir hissəsini təsadüfən keçəl edib.

Beckhamın yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Ancaq ən maraqlı reaksiya həyat yoldaşı, tanınmış dizayner və stil simvolu Victoria Beckhamdan gəlib.

O, Davidin yeni saç tərzini görən kimi, “Dəhşətə gəlmişəm, belə gəzə bilməzsən. Bərbad görünürsən!” – deyə zarafatla sərt irad bildirib.

Cütlüyün bu yumorlu dialoqu izləyicilər tərəfindən maraqla qarşılanıb. Lakin bir çox sosial media istifadəçisi futbolçunun fərqli saç stilini bəyənmədiyini açıq şəkildə bildirib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR