İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni nazir ABŞ-a gedir: “Tramp marşrutu” müzakirə olunacaq

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ABŞ-a səfərə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Papoyan “Tramp Marşrutu Layihəsi”ni (TRIPP) müzakirə etmək üçün Vaşinqtona dəvət olunub.

Nazir bildirib ki, yaxın günlərdə amerikalı tərəfdaşlarla investisiya məsələləri ətrafında danışıqlar aparılacaq.

“Rəsmi dəvət var, mən gedəcəyəm”, – deyə Papoyan vurğulayıb.

O həmçinin qeyd edib ki, layihə çərçivəsində artıq 145 milyon dollarlıq birinci tranş daxil olub. Papoyanın sözlərinə görə, vəsait layihələndirmə işləri və sərhəd infrastrukturunun qurulmasına yönəldiləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR