İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist deputat: Keşişlər işi – Ermənistanda mövcud hakimiyyət üçün lakmus kağızıdır

Ruhanilər işi – lakmus kağızıdır. Bu, Ermənistanda siyasi məhbusların olub-olmadığını anlamağa imkan verir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif “Hayastan” blokunun deputatı Anna Qriqoryan bildirib.

O, arxiyepiskop Bağrat Qalstanyanın işi üzərində ətraflı dayanaraq, hakim “Vətəndaş sazişi” partiyasının parlament sədr müavini Ruben Rubinyanın əvvəlki çıxışında dediklərinə münasibət bildirib.

“İstintaq Komitəsi bu açıqlamanı ingilis dilində də yayıb. Bu həbslər nə vaxt baş verir? Onlar Azərbaycan və Türkiyə ilə danışıqlar aparıldığı vaxtda baş verir. Halbuki Vaşinqtonda imzalanmış sazişdə aydın şəkildə göstərilir ki, Ermənistan ‘revanşizm’lə mübarizə aparmalıdır. Onların fikrincə, bu insanları həbsxanaya atmaq lazımdır”, – deyə Qriqoryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR