Onlayn ictimai-siyasi qəzet
Azərbaycan–NATO tərəfdaşlığının inkişafı müzakirə olunub.
Musavat.com xəbər verir ki, bu mövzu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə İsveçin Azərbaycandakı səfiri Tobiass Lorensson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov arasında keçirilən görüşdə əsas gündəm olub.
İsveç səfirliyinin məlumatında bildirilib: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə Azərbaycan–NATO tərəfdaşlığının daha da inkişafı və regional gündəmin geniş aspektləri üzrə faydalı müzakirəyə görə təşəkkür edirik. 2025–2026-cı illərdə Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını icra edəcək”.
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ