İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni səfir Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşdü - FOTO

Musavat.com xəbər verir ki, Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Parisdə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Tyerri Burxard ilə görüş keçirib.

Rəsmi məlumata görə, tərəflər Ermənistan-Fransa müdafiə əməkdaşlığının yeni mərhələsini müzakirə ediblər. Görüşdə hərbi-texniki dəstək, təlim proqramları, regional təhlükəsizlik və strateji tərəfdaşlıq məsələləri əsas mövzulardan olub.

Bu görüş Ermənistanın son aylarda Fransadan aldığı silahlar, radar sistemləri və artan hərbi əlaqələrin fonunda xüsusi diqqət çəkir. Fransa hökuməti açıq şəkildə Ermənistanın təhlükəsizliyini dəstəklədiyini bəyan edib və İrəvana “strateji müttəfiq” statusu verdiyini göstərməkdədir. Parisin bu xətti Azərbaycanla münasibətlərdə balansı pozur və Cənubi Qafqazda yeni təhlükəli gərginliyin xəbərçisi ola bilər.

Xatırladaq ki, son aylar ərzində Fransa Ermənistana “Thales” və “MBDA” şirkətlərindən zenit-raket kompleksləri, radar sistemləri və digər hərbi texnologiyalar verib. Eyni zamanda erməni hərbçiləri Fransada təlimlərə cəlb olunub, bir sıra müdafiə sənayesi əməkdaşlıqları planlaşdırılıb. Arman Xaçatryanın Tyerri Burxardla bu səviyyəli görüşü isə Parisin Ermənistanı bölgədə silahlandırma xəttinin davam etdiyini göstərir.

Bu görüş və Fransa-Ermənistan hərbi yaxınlaşması Azərbaycan cəmiyyətində narahatlıq doğurur. Bakı dəfələrlə Fransanın tərəfsiz vasitəçilik imkanlarını itirdiyini, Ermənistanı açıq şəkildə silahlandırmaqla Cənubi Qafqazda sülh prosesinə zərbə vurduğunu bəyan edib. Rəsmi Bakı hələlik səbir nümayiş etdirir, lakin Parisin bu kursu davam edərsə, Azərbaycan-Fransa münasibətlərində gərginlik daha da dərinləşə bilər.

Musavat.com görüşün fotosunu təqdim edir.

 

MUSAVAT.COM

7afb80ba-56d2-4648-b93f-60d10ae2d024.jpeg (48 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR