İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Netanyahu ilə DANIŞDI: Bu məsələləri MÜZAKİRƏ ETDİ

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər Yaxın Şərqdəki gərgin vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Rusiya tərəfi regiondakı münaqişələrin və problemlərin yalnız sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha bəyan edib.

Telefon söhbəti zamanı Putin Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyinin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin ölkədəki bütün etnik və dini qrupların qanuni hüquq və mənafelərinə hörmət edilməklə daxili sabitliyin möhkəmləndirilməsinin önəmini qeyd edib.

Rusiya lideri əlavə edib ki, Moskva İranın nüvə proqramı ilə bağlı məsələlərin danışıqlar yolu ilə həllinə dəstək verməyə hazırdır.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci il mayın 6-da telefonla danışıblar. Həmin söhbət zamanı da Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər gündəmdə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR