İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan beynəlxalq arbitraj qərarını icra etməsə, nə baş verəcək?

Stokholm arbitraj məhkəməsi və ümumilikdə istənilən beynəlxalq arbitraj məhkəməsinin qərarlarının icra olunmaması müəyyən hüquqi və praktiki nəticələrə, məcburi icra mexanizmlərinə səbəb olur.

Arbitraj məhkəməsi erməni iş adamı Samvel Karapetyanın iddiası üzrə Ermənistanın elektrik şəbəkəsinin milliləşdirilməsi qərarını ləğv edib. Bu qərar Paşinyana zərbə hesab olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadçı Suren Parsyan özünün Telegram kanalında yazıb.

O qeyd edib:

"Stokholm arbitrajı müstəqil arbitraj orqanı kimi fəaliyyət göstərir və onun qərarları milli məhkəmələrin qərarları ilə eyni hüquqi qüvvəyə malikdir.

Beynəlxalq hüquqa əsasən, Stokholm arbitrajının qərarları 1958-ci ildə qəbul edilmiş Nyu-York Konvensiyasına əsasən icra olunmalıdır. Bu konvensiyaya Ermənistan da daxil olmaqla 170-dən çox ölkə qoşulub.

Əgər cavabdeh (yəni Ermənistan və ya əlaqədar tərəf) qərarı icra etməzsə, qarşı tərəf cavabdehin aktivlərinin (əmlakının) yerləşdiyi ölkənin məhkəmələrinə müraciət edərək icra prosedurunu tələb edə bilər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR