İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiya dondurmasına qadağa qoydu - Bağırsaq çöpləri aşkarlanıb

Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi Rusiyanın “Əsl Dondurma Fabriki”nə məxsus "Kоровка из Кореновки" dondurmasının ölkəyə idxalını müvəqqəti qadağan edib.

Musavat.com xəbər verir ki, qadağa iyulun 2-dən sonra ölkəyə gətirilmiş partiyalara şamil olunur. Məlumata görə, dondurmada bağırsaq çöpləri bakteriyalarının normadan artıq miqdarda olduğu müəyyən edilib. Bu da Avrasiya Gömrük İttifaqının texniki tələblərinə uyğun gəlmir.

“Qida təhlükəsizliyi risklərinin qiymətləndirilməsi əsasında qəbul olunan qərara əsasən, adıçəkilən məhsulun satışına, geri çağırılmasına, məhv edilməsinə və ya zərərsizləşdirilməsinə dair göstəriş verilib”,- müfəttişliyin açıqlamasında qeyd olunur.

Xatırladaq ki, Rusiyanın “Rosselxoznadzor” qurumu da iyunun 27-dən etibarən Ermənistandan idxal edilən kəsilmiş güllər və çiçək tumurcuqları üçün yeni qaydalar tətbiq edib. Yeni qaydalara görə, bu məhsullar yalnız mənbəyi izlənilə bilən təsərrüfatlardan idxal edilə bilər. Bu

Qeyd edək ki, "Kоровка из Кореновки" markası Rusiyada geniş yayılmış, məşhur dondurma brendlərindən biridir. Bu qadağa Ermənistan-Rusiya iqtisadi münasibətlərində yeni gərginlik dalğasının göstəricisi kimi də qiymətləndirilir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR