İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə... - İlham Əliyevdən XƏBƏRDARLIQ

Ermənistan Zəngəzur dəhlizini bloklamaqda davam edərsə, tranzit ölkəyə çevrilmək şansı sıfıra yaxınlaşacaq.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündə deyib.

“Təəssüf ki, son beş il ərzində Ermənistan tərəfi (Zəngəzur dəhlizi ilə bağlı- red.) heç bir iş görməyib. Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək”, - Prezident İlham Əliyev bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR