Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Bəşər Əsəd ölkədən qaçmazdan əvvəl 500 min dollar nağd pul, qiymətli əşyalar, sənədlər, noutbuklar və məxfi məlumatlar saxlanılan sərt diskləri ölkədən çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Əsədin iqtisadi məsələlər üzrə müşaviri Yasar İbrahim "Embraer Legacy 600" tipli şəxsi təyyarə icarəyə götürərək, onun vasitəsilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) sabiq prezidentin ailə üzvlərini, köməkçilərini və əmlakını göndərib.
"Reuters" bildirir ki, rejimin süqutundan 48 saat əvvəl həmin təyyarə BƏƏ-yə dörd dəfə gedib-gəlib.
İqbal RZAYEV,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ