İnsanlara hürriyət, millətlərə istiqlal!

Ev işləri gördüyü üçün ərindən pul alır: "Bu evlilik deyil..." - FOTO

İngiltərədə yaşayan və TikTok-da @thewoodys6 istifadəçi adı ilə tanınan iki uşaq anası ev işləri gördüyü üçün ərindən pul alır.

Musavat.com xəbər verir ki, onun paylaşdığı video qısa zamanda 250 min baxışa çatıb və sosial mediada böyük müzakirələrə səbəb olub.

Qadının əri üçün hazırladığı paket belədir:

Camaşırxana üçün ayda 800 funt sterlinq,

Döşəməni silmək üçün gündə 10 funt sterlinq,

Tozları almaq üçün 85 funt sterlinq,

Evdə yemək üçün ayda 300 funt sterlinq,

Mələfələri dəyişdirmək üçün 20 funt sterlinq,

Avtomobil yanacağı üçün 250 funt sterlinq,

Şəxsi ehtiyaclar üçün 400 funt sterlinq.

O, uşaqların yeməkləri üçün ondan 150 funt sterlinq alındığını iddia edib.

O, yaşadıqlarını videoda yumoristik dillə ifadə edib. Bəzi istifadəçilər vəziyyəti ciddi qəbul edərək yazıb: “Mənə belə etsəydi, boşanardım”, “Bu evlilik deyil, işdir”, "Əgər mən sizin əriniz olsaydım, sizdən ayda 2000 funt-sterlinq kirayə haqqı alırdım".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR