Onlayn ictimai-siyasi qəzet
İrağın Nəcəf şəhərində evdə saxlanılan şir sahibini parçalayıb.
Bu barədə “Rudaw” agentliyi məlumat yayıb.
Hücum cümə axşamı, mayın 8-də Əl-Kufə şəhərində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yırtıcı 50 yaşlı kişiyə evinin bağçasında hücum edib. "Aslan bədəninin çox hissəsini yeyib. Yırtıcnı meyitin qalıqlarından uzaqlaşdırmaq üçün atəş açmağa məcbur olduq", - deyə şəhər polisinin nümayəndəsi bildirib.
O, həmçinin bildirib ki, həmin şəxs uzun illər mülkündə şir və digər vəhşi heyvanlar saxlayıb./Oxu24.com/
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ