İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin sonunda dünya bazarında ciddi neft artıqlığı yaranacaq – Rosneft rəhbəri

OPEC-in hasilatının artması və qiymətlərin aşağı düşməsi fonunda 2025-ci ilin sonunda və 2026-cı ildə dünya bazarın ciddi neft artıqlığı yaranacaq.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə “Rosneft”in baş icraçı direktoru İqor Seçin çıxış edib.

Onun sözlərinə görə, 2025-ci ilin birinci yarısı neftin qiymətinin aşağı düşməsi ilə səciyyələnib, ilk növbədə onun artıq hasilatı ilə bağlı: "Əsas səbəb Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt də daxil olmaqla OPEC ölkələrinin hasilatının aktiv artmasıdır; hasilatın artımı Braziliya və digər ölkələrdə də müşahidə olunur. Bizim hesablamalarımıza və aparıcı enerji agentliklərinin gözləntilərinə görə, 2025-ci ilin dördüncü rübündə neft bazarında profisit sutkada 2,2 milyon barel deyil, 2,6 milyon barel olacaq".

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi 2025 və 2026-cı illərdə dünya bazarında neftin əhəmiyyətli profisitini dəfələrlə proqnozlaşdırıb. BEA-nın son proqnozuna görə, qlobal neft tələbi 2025-ci ildə 740 min barel artaraq sutkada 103,9 milyon barel, 2026-cı ildə 760 min barel artaraq 104,66 milyon barel təşkil edəcək. Eyni zamanda BEA qlobal neft hasilatının 2025-ci ildə 1,6 milyon barel artaraq 104,6 milyon barel, 2026-cı ildə isə 970 min barel artaraq 105,6 milyon barel olacağını gözləyir.

OPEC-in baş katibi Haysam al-Qayis iyul ayında jurnalistlərə bildirib ki, OPEC 2025-ci ilin üçüncü və dördüncü rüblərində neft tələbində güclü artım gözləyir ki, bu da OPEC+-a könüllü olaraq azaldılmış neft hasilatını bazara qaytarmağa imkan verən amildir. Xüsusilə OPEC ilin ikinci yarısında neft istehlakının artacağını proqnozlaşdırmaqla, bu il neft tələbinin sutkada 1,3 milyon barel artacağını gözləyir. Əl-Qayis BEA-nın proqnozlarını çox pessimist adlandırıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR