İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əziz dostum məni Vaşinqtona çağırdı"- Ərdoğan Trampdan yazdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib ki, Tramp onu ABŞ-a rəsmi səfərə dəvət edib.

Bu barədə Ərdoğan “X” sosial şəbəkəsində paylaşım edib.

“ABŞ Prezidenti, dəyərli dostum Donald Trampla bu gün apardığımız telefon danışığı çox məhsuldar, məzmunlu və səmimi keçdi. Mən əziz dostumu ən qısa zamanda Türkiyədə qəbul etməkdən məmnun olacağımı bildirdim, o isə bizi ABŞ-a dəvət etdi,” – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan bildirib ki, söhbət zamanı Qəzza zolağında pisləşən humanitar vəziyyət, Suriya, Rusiya-Ukrayna müharibəsi, dünya ticarəti, İran və ABŞ arasında davam edən danışıqlar və digər regional, qlobal məsələlər müzakirə olunub.

“Prezident Trampın dünyada davam edən münaqişə və müharibələrin dayandırılması istiqamətindəki səylərini yüksək qiymətləndirdiyimi bildirdim və Türkiyənin bölgədə sülh, sabitlik və sakitliyin yaradılması üçün lazım olan dəstəyi göstərməyə hazır olduğunu vurğuladım,” – deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Tramp da telefon danışığından sonra Truth Social sosial şəbəkəsində Ərdoğanın onu gələcəkdə Türkiyəyə səfərə dəvət etdiyini, özü isə yaxın zamanda Vaşinqtona gəlməyi planlaşdırdığını açıqlayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

05 May 2025

BÜTÜN XƏBƏRLƏR