Onlayn ictimai-siyasi qəzet
Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq. Musavat.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında açıqlayıb: "Mən qərara gəldim ki, Fransa Fələstin Dövlətini tanıyacaq. Mən bunu bu ilin sentyabrında BMT Baş Assambleyasında təntənəli şəkildə elan edəcəyəm. İndi ən vacibi Qəzzada müharibəni dərhal dayandırmaq və mülki əhaliyə yardım göstərməkdir".
Fransa liderinin sözlərinə görə, “Fələstinin HƏMAS hərəkatının demilitarizasiyasını, həmçinin Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır”: “Nəhayət, Fələstin dövlətini qurmaq, onun həyat qabiliyyətinə zəmanət vermək və onun silahsızlaşmasına, İsraili tam tanımasına şərait yaratmaqla Yaxın Şərqin bütün xalqlarının təhlükəsizliyinə töhfə vermək lazımdır”.
O, mesajına Fələstin prezidenti Mahmud Abbasa ünvanladığı məktubu da əlavə edib. Orada Makron iki dövlətin - İsrail və Fələstinin dinc yanaşı yaşaması konsepsiyasına sadiq olduğunu bəyan edib. Fransa lideri Qəzza zolağında tezliklə atəşkəs əldə olunmasının vacibliyini də vurğulayıb.
Aprelin 9-da Makron bildirib ki, Paris iyunda Fələstin dövlətçiliyini tanıya bilər.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ