İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Əsədə qarşı həbs orderini ləğv etdi

Fransa Kassasiya Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı çıxarılmış həbs orderini etibarsız hesab edib.

Musavat.com APA-ya istinadən bildirir ki, məhkəmənin açıqlamasında vurğulanıb ki, dövlət başçısının toxunulmazlıq statusu dəyişdirilə bilməz və fəaliyyətdə olan prezidentə qarşı istənilən həbs orderi istisnasız şəkildə qanunsuz sayılır.

Bununla belə, Kassasiya Məhkəməsinin sədri Kristof Sular qeyd edib ki, Əsəd artıq prezident postunu tutmadığı üçün ona qarşı yeni həbs orderləri çıxarıla bilər.

Qeyd edək ki, Kassasiya Məhkəməsi Fransada mülki və cinayət işləri üzrə ən yüksək məhkəmə instansiyasıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR